Gəncədə azyaşlı kimyəvi maddə olan xlor içərək zəhərlənib.
Median.Az oxu.az-a istinadən xəbər verir ki, 2017-ci il təvəllüdlü Verdiyev Yusif valideynlərinin nəzarətindən yayınaraq maye halında olan yuyucu maddə içib.
Azyaşlı dərhal şəhər 2 nömrəli Uşaq Xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsindən sonra onun vəziyyəti kafi qiymətləndirilir.
Fakt araşdırılır.