Rozadan küsülü olduğu Elza ilə Abbasa sərt mesaj: Publikaya oynayıb, aktyorluq edirlər » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Rozadan küsülü olduğu Elza ilə Abbasa sərt mesaj: Publikaya oynayıb, aktyorluq edirlər

“Siz xasiyyətimə bələdsiz. Elza Seyidcahan məndən üzr istəməyincə onunla barışmayacağam”.

Bu sözləri məşhur müğənni Roza Zərgərli tədbirlərin birində açıqlamasında bildirib.

Elzanın Rozaya ünvanladığı “Heç kimə arzulamıram ki, İlhamə Quliyevanın “taxt”ında otursun. O, yaxşı “taxt” deyil. O “taxta” getsən, məhv olarsan, otur öz yerində” ismarıcından sonra tərəflər arasında qalmaqal yaşanıb.

“Hazırda münasibətləriniz necədir?” sualına Zərgərlinin cavabı sərt olub:

“Barışmadım. Siz mənim xasiyyətimə bələdsiniz. Elza Seyidcahan məndən üzr istəməyincə onunla barışmayacağam. Heç olmasa deməlidir ki, “sözdür də çıxdı ağzımdan, unut getsin”. Bu yaxınlarda da Elza ilə üz-üzə gəlsəm də, nə görüşdüm, nədə ki, salamlaşdım. Sıfır reaksiya”.

Sənətçi redaksiyamızın əməkdaşı ilə söhbətində Əməkdar artist Abbas Bağırovla aralarında yaşanan qalmaqaldan da danışıb.

Roza Abbasın aktyorluq edərək, publikaya oynadığını deyib:

“Abbas mənim üçün heç bir önəm daşımır. Bizim aramızdakı söz-söhbət “Maşın”ın “Xanımlar və cənablar-2” sürətindən sonra yarandı. Abbas bu söhbətdə haqsız olduğunu çox gözəl bilir. Mən boş yerə heç kəsdən küsmürəm. Publikaya oynamaq lazım deyil. Aktyorluq belə etməyə gərək yoxdur. Tamaşaçı hər şeyi çox gözəl görür, eləcə də anlayır”.

Qeyd edək ki, Roza ilə həmkarı Əməkdar artist Abbas Bağırovla münasibətlərinin korlanmasına səbəb Zərgərlinin “Maşın” şouda videobloger Hüseyn Əzizoğlunun əli ilə Abbası oyundan çıxartması olub. Bundan sonra tərəflər bir-birini danışdırmırlar. Küsülülükləri də indiyə kimi davam edir.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 204 19.10.19 19:00