Fransa məhkəməsinin Şuşa şəhəri ilə bağlı qərarını alqışlayırıq — XİN » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Fransa məhkəməsinin Şuşa şəhəri ilə bağlı qərarını alqışlayırıq — XİN

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fransanın Lion inzibati məhkəməsinin bu ölkənin Vilörban kommunası ilə Azərbaycanın işğal olunmuş Şuşa şəhəri arasında 18 may 2015-ci ildə, Azərbaycan və Fransa milli qanunvericiliyinə zidd olaraq imzalanan qeyri-qanuni "saziş"in ləğv olunmasına dair bu ilin 17 oktyabr tarixli qərarını alqışlayır.

Nazirliyin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, bu günədək Fransa şəhərləri ilə Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejim tərəfindən yaradılan "yerli hakimiyyət orqanları" arasında imzalanan 10 qanunsuz "müqavilə" Fransanın müvafiq məhkəmə qərarları ilə ləğv olunub. Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycanın Dağlıq Qarabağ regionunun tarixi mərkəzi olan Şuşa şəhəri ilə imzalanmış 3 qanunsuz "xartiya"nın hamısı ləğv edilib.

Azərbaycan tərəfi inanır ki, hazırda qüvvədə olan və Fransa qanunvericiliyi, xüsusilə də ölkə Konstitusiyasının 73-cü maddəsi ilə ziddiyyət təşkil edən digər qeyri-qanuni "sənədlər" də tezliklə Fransa Məhkəmələri tərəfindən ləğv ediləcəkdir.

Qanunun aliliyi hər şeydən üstündür və Fransadakı erməni lobbist qrupları başa düşməlidirlər ki, onların Fransa qanunlarını və bu ölkənin beynəlxalq öhdəliklərini pozmaq bahasına öz maraqlarını reallaşdırmaq cəhdləri uğursuzluğa düçardır.//ölkə.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 115 19.10.19 18:51