Median.Az xəbər verir ki, oktyabrın 17-i saat 15 radələrində Şirvan şəhərində, şəhər sakinləri Muradəli Cavadovun idarə etdiyi “VAZ-21014” və Teymur Babayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə M.Cavadov hadisə yerində ölüb, digər sürücü xəstəxanaya yerləşdirilib.
Şirvan ŞPŞ-də faktla bağlı araşdırma aparılır.