Azərbaycanlıların Xaricdəki Diaspor Təşkilatlarından çağırış: Təxribatlara uymayın » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:26 HƏMAS İsrailə güzəştə getməkdən imtina edib  |     20:19 ABŞ İranla bağlı sənədi BMT TŞ-yə göndərib  |     20:18 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib  |     20:12 Bakıda qadın sürücü yol qəzasında ağır xəsarətlər alıb  |     20:01 Çexiya Ukrayna üçün 180 min mərmi almağa razılaşıb  |     19:54 Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib  |     19:36 Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək  |     19:20 ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır  |     18:53 Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO  |     18:27 Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub  |     18:06 Rusiyada “TikTok”un bloklanması təklif olunub  |     17:55 Gəncədə şagird sinif yoldaşına xəsarət yetirib  |     17:15 Bakıda ucuz qiymətə çıxarışlı mənzillər satılır - ÜNVANLAR  |     17:03 İsrail rəsmiləri İrana görə bir daha toplanacaq  |     16:39 Daha bir məşhur "tiktok"çu həbs edildi  |     16:30 Bakıda mənzildə meyit tapılıb  |     16:04 Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir HƏBS EDİLDİ  |     15:50 Polisdən ƏMƏLİYYAT: Narkoanbar kimi istifadə olunan ev aşkarlandı - FOTO  |     15:21 Həcc ziyarəti ilə bağlı 500 nəfər aldadıldı: QMİ-dən XƏBƏRDARLIQ  |     14:59 Ən çox balı onlar topladı - SİYAHI  |    

Azərbaycanlıların Xaricdəki Diaspor Təşkilatlarından çağırış: Təxribatlara uymayın

Avropadakı anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı növbəti təxribatçı çağırışı bu qitədə fəaliyyət göstərən diaspor təşkilatlarının hiddətinə səbəb olub.

Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların, İsveçrədəki Azərbaycan Diaspor Təşkilatlarının, İspaniya, Skandinaviya ölkələri, Almaniya, Fransa, Niderland və Belçika Azərbaycanlılarının Koordinasiya Şuralarının Diasporla İş üzrə Dövlət Komitəsinə ünvanladıqları bəyanatlarda bildirilir ki, hamımızın Vətəni olan Azərbaycanda sabitliyi pozmağa yönəlmiş çağırışlar səsləndirmək yolverilməzdir.

Müraciətdə deyilir: “Azərbaycan Respublikasında mövcud olan sosial-iqtisadi və siyasi sabitlik ölkəmizi sevməyənləri narahat etməkdədir. Müxtəlif dövrlərdə bu narahatlıqlar fərqli formalarda özünü büruzə verir. Azərbaycanı sevməyən, öz düşünülməmiş fəaliyyətləri ilə düşmən dəyirmanına su tökən bir qrup insan ermənipərəst qüvvələrdən aldıqları sifarişin əsasında ölkədə sabitliyi pozmağa yönəlmiş çağırışlar edirlər.

Növbəti belə bir sərsəm bəyanat Azərbaycan Naminə Demokratiya adlandırılan təşkilat tərəfindən verilib. Özlərini AND Hərəkatı adlandıran bir qrup şəxs Avropa şəhərlərindəki Azərbaycan səfirliklərinin qarşısında aksiyalara başlayacaqları ilə bağlı bəyanat yayıb. Yaşadığı ölkədən, sosial-iqtisadi və siyasi statusundan asılı olmayaraq, Azərbaycan hamımızın vətənidir.

Vətənin inkişafı, sabitliyi və beynəlxalq aləmdə layiqli şəkildə tanıdılması milli düşüncəsi olan hər bir şəxs üçün olduqca əhəmiyyətlidir”.

Dövlət Komitəsi soydaşlarımızı, hər zaman olduğu kimi, yaşadıqları ölkələrdə xalqımızı, dövlətimizi layiqincə təmsil etməyə və təxribatlara uymamağa çağırıb.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 258 18.10.19 23:19