Rusiyada işləyənlərin əmək stajı Azərbaycanda nəzərə alınacaqmı? » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Rusiyada işləyənlərin əmək stajı Azərbaycanda nəzərə alınacaqmı?

""Əmək pensiyaları haqqında" Qanuna əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin hər hansı ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Lakin Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında pensiya sahəsində əməkdaşlıq Sazişi olmadığından sonrakı dövrdə, yəni 1992-ci il yanvarın 1-dən sonra Rusiyadakı əmək stajı nəzərə alınmır".

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Sputnik Azərbaycan-a açıqlamasında deyib.

O bildirib ki, vətəndaşların Rusiya Federasiyası ərazisində fəaliyyət dövrü üçün o ölkənin Dövlət Sosial Müdafiə Fonduna pul köçürmələri barədə məlumat da mövcud deyil: "Hazırda "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində Müqavilə" layihəsinin hazırlanması üzrə danışıqlar gedir. Məqsəd Rusiyada sığortaolunan kimi fəaliyyət göstərən Azərbaycan Respublikası vətəndaşlarının gələcəkdə pensiya və sosial sığortalanma üzrə hüquqlarının təmin olunması üçün hüquqi əsasların yaradılmasıdır".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            929 18.10.19 20:18