Bu gün axşam saat 18:30 radələrində Bakı-Sabunçu qatarında nasazlıq yaranıb.
Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, Bakı Dımir Yolu Vağzalının platformasında hərəkətə hazır olan qatarın maşinist kabinəsinin ön hissəsi tüstüləməyə başlayıb.
Hadisənin səbəbləri barədə hələlik rəsmi açıqlama verilməyib.