Deputatdan küçəyə atılan körpə ilə bağlı sərt reaksiya: İnsanlar var ki, həsrətdirlər » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:09 Aİ dövlətləri İrana qarşı yeni qadağalarla bağlı razılığa gəldilər  |     13:09 Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO  |     13:08 Paşinyan: “Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı sakinlərimizi sevindirməlidir”  |     13:06 Abşeronda 16 min manatlıq pul və zinət əşyaları oğurlanıb  |     12:50 Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı  |     12:48 Leyla Əliyeva və Arzu Əliyeva SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində olublar - FOTO  |     12:32 Bakıda viza fırıldağı: Şirkət rəhbərlərinə cinayət işi açıldı  |     12:31 Hacıqabulda gənc qız itkin düşüb  |     12:30 Azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talayan şəxslər saxlanıldılar  |     12:27 Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI  |     12:25 Bakının əsas avtomobil yollarından biri üç gün bağlı olacaq - FOTO  |     12:24 Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar - FOTO  |     12:22 Azərbaycanlı prodüserin qızı vəfat etdi - FOTO  |     12:20 Xankəndidə silah-sursat aşkarlanıb  |     12:18 Azərbaycan nefti ucuzlaşıb  |     12:17 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     12:15 Binəqədidə qəzada 37 yaşlı qadın yaralanıb  |     12:14 Leonardo Di Kaprionun yeni rolu bəlli oldu  |     12:14 “WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA  |     12:11 Bakıda bina sökülür: Sakinlər narazıdırlar - VİDEO  |    

Deputatdan küçəyə atılan körpə ilə bağlı sərt reaksiya: İnsanlar var ki, həsrətdirlər

Əgər bu uşağı valideynləri atıbsa, onlar ağır şəkildə cəzalandrılmalıdır

Bu sözləri oxu.az-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Bakının Qardağ rayonu, Lökbatan qəsəbəsində birgünlük oğlan uşağının küçəyə atılmasına münasibət bildirərkən deyib. O, bu hərəkəti edən şəxs və ya şəxsləri vicdansız adlandırıb:

“Mən bu məlumatı oxuyub dəhşətə gəldim. Bu, insanlığa sığmayan bir addımdır. Düzdür, biz hələ bilmirik ki, uşağı atan valideynləridir, yoxsa məsələnin içərisində başqa məqamlar var. Amma hər bir halda bu qanun pozuntusudur.

İnsanlar var ki, o körpəyə həsrətdirlər. Övlad sahibi olmaq üçün nə qədər əziyyət çəkirlər. Hər halda hüquq-mühafizə orqanları məsələni araşdırır. Nəticəni gözləyək, görək bu hadisəni kim törədib. Bu hadisəyə qarşı səssiz qalmaq olmaz. Mülki Məcəllədə də bununa bağlı müvafiq qanun var. Əminəm ki, bunu edənlər öz layiqli cəzalarını alacaqlar”.

Xatırladaq ki, bu gün Bakının Qardağ rayonu, Lökbatan qəsəbəsi ərazisində küçəyə atılmış birgünlük oğlan uşağı hipotermik vəziyyətdə (34 dərəcə istiliklə) Pediatriya İnstitutuna gətirilib. Səhiyyə Nazirliyi hazırda uşağın vəziyyətinin ağır olduğunu bildiriblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 778 18.10.19 16:28