SOCAR: Neft Emalı Zavodunda təmir işləri noyabrın əvvəlində yekunlaşacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |     17:48 İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı  |     17:04 Bakıda Puşkinin şərəfinə konsert keçiriləcək  |     16:28 Sürücülük hüququ olmadan idarə etdiyi maşınla qəza törətdi, məhkəmə zalında həbs olundu  |     16:17 Abel Məhərrəmov məhkəməyə verildi  |     16:06 Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO  |     15:53 Ceyhun Bayramov Fələstinin baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi  |     15:39 20 min manat borca görə qəssab həbs edildi  |     15:24 Azərbaycan-Fransız Universiteti bağlanır? - AÇIQLAMA  |     15:14 Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ AÇIQLAMA  |     14:57 Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |     14:54 Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB (RƏSMİ AÇIQLAMA)  |     13:56 Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib  |     13:36 Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO  |     13:34 BDU-nun tələbəsi intihar etdi  |     13:23 Məhkəmə qardaşının həyətinə qumbara atan şəxslə bağlı qərar çıxardı  |     13:08 Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb  |     12:49 Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıblar  |     12:44 Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var  |    

SOCAR: Neft Emalı Zavodunda təmir işləri noyabrın əvvəlində yekunlaşacaq

Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) həyata keçirilən planlaşdırılmış təmir işlərinin mərhələli şəkildə noyabr ayının 4-nə qədər tam yekunlaşması planlaşdırılıb.

Bunu Report-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

O vurğulayıb ki, təmir işləri NEZ-in illik təmir planı əsasında aparılır:

“Planlı təmir işləri bütün neft emalı zavodlarında mütəmadi keçirilməlidir. Bu işlərin əsas məqsədi zavod qurğularını sazlamaq və onların davamlı fəaliyyətini təmin etməkdir. Zavodun bütün qurğuları noyabrın 4-ü tarixinə qədər mərhələli şəkildə normal işini bərpa edəcək. Təmir işlərinin uzanması gündəmdə deyil”.

İ.Əhmədov benzin idxalı ilə bağlı qeyd edib ki, “Ai-92” benzinin idxalı yalnız planlı təmir müddətində lazım olur və bazarda logistika və qiymət baxımından mövcud olan ən uyğun təkliflər arasında qərar verilir.

Onun sözlərinə görə, bu il planlı təmir işləri bir ay müddətində nəzərdə tutulub və həmin müddət üçün 120 min ton civarında “Ai-92” markalı benzinin idxalı planlaşdırılıb. İ.Əhmədov artıq təxminən 45 min ton benzinin Azərbaycana gətirildiyini bildirib:

“İdxal edilən bu benzin bu il də əsasən Rusiya mənşəlidir. Bundan başqa, 4 min ton civarında olan kiçik bir hissə Türkmənistandan idxal olunmaqdadır”.

SOCAR rəsmisi, həmçinin, qeyd edib ki, zavodda növbəti təmir işləri gələn ilə planlaşdırılıb və təmirin dəqiq vaxt ilə bağlı qərarın ilin sonuna kimi verilməsi gözlənilir.

Qeyd edək ki, oktyabr ayının 4-dən etibarən Heydər Əliyev adına Neft Emalı Zavodunda planlaşdırılmış illik təmir işləri həyata keçirilir və bununla əlaqədar neft məhsullarının istehsalı dayandırılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 921 18.10.19 14:14