Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub.
Median.Az report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu "20 Yanvar metrostansiyası" yaxınlığında qeydə alınıb.
Belə ki, "90-JM-358" dövlət nişanlı 18 saylı sərnişin avtobusu "90-AN-286" dövlət nömrə nişanlı "Lifan" markalı maşınla toqquşub. Hadisə nəticəsində heç kim xəsarət almasa da, hər iki avtomobilə ziyan dəyib.
Qəza ilə əlaqədar yolda böyük tıxac yaranıb.