Median.Az xəbər verir ki, Binəqədi RPİ 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini S.Nəcəfovanın, içərisində 350 manatı və 3 ədəd mobil telefonu olan çantasını oğurlayan paytaxt sakini E.Rəhimov saxlanılıb.
Binəqədi RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.