Лондон
C

Gəncədə ev və marketlərdən oğurluq edən dəstə tutulub

Median.Az xəbər verir ki, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 2 evdən pul və velosiped, habelə marketlərin birindən tütün məmulatı oğurlayan Gəncə şəhər sakini S.İsgəndərov saxlanılıb.

Araşdırma zamanı onun, digər 4 nəfərlə birgə daha 2 mağazadan pul, danışıq kartları, ərzaq məhsulları, tütün məmulatı, spirtli və sərinləşdirici içkilər oğurlamaları məlum olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində R.Abdullayev, S.Əliyev və V.Musayev polis əməkdaşları tərəfindən saxlanılıblar, daha bir nəfərin şəxsiyyəti müəyyən edilib.

Gəncə ŞBPİ İstintaq şöbəsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.скачать dle 11.3
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
[related-news] [/related-news]

комментариев