Goranboyda iş görən 46 yaşlı qadını ilan vurub.
Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Dəlməmmədli şəhərində qeydə alınıb. Belə ki, 1973-cü il təvəlüdlü Hacıyeva Səliqə Nəcəf qızını həyətyanı sahədə işləyərkən ilan sancıb. Qadın dərhal xətəxanaya yerləşdirlib.
46 yaşlı qadına ilan zəhəri əleyhinə zərdab vurulub. Onun vəziyyətinin orta ağır olduğu bildirlir.