Tovuz rayonunda baş vermiş yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub.
Median.Az-ın report-a istinadən məlumatına görə, "VAZ-2106" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində İsayev Mirzə Komsomol oğlu (1965-ci il təvəllüdlü), Məmmədov Natiq Tofiq oğlu (1995), Qarayev Səxavət Bakir oğlu (1995), Sadıqov Ruslan Niyazi oğlu (1994) xəsarət alıblar.
Qeyd edək ki, hadisə Qazqulu kəndində qeydə alınıb. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
***
Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Qazqulu kəndində qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirlib. Onların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.