Yevlax rayonunda yol qəzası baş verib.
Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə rayon mərkəzində 2 nömrəli orta məktəbin yaxınlığında qeydə alınıb.
Belə ki, "VAZ-2107" və OKA markalı iki minik avtomobili toqquşub. OKA-da olan sərnişin, 2001-ci il təvəllüdlü Ramin Rəsulzadə xəsarət alıb. O, Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.