Yanıb külə dönmüş 12 yaşlı Firuzənin anası: "28 yaşlı idman müəlliminin evində idim" - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Yanıb külə dönmüş 12 yaşlı Firuzənin anası: "28 yaşlı idman müəlliminin evində idim" - VİDEO

Binəqədidə yaşadığı evdə yanıb külə dönmüş 12 yaşlı Firuzənin ölümündə qonşular anasını günahlandırır. Yanğın zamanı uşaq evdə tək, sahibsiz olub. Qonşuların sözlərinə görə, yüngül həyat tərzi keçirən ana mütəmadi olaraq gecələr evə gəlməyib və həmin gecə də evdə olmayıb. Uşağı gecə saat 2-də yanıb külə dönən ananı polislər səhər saat 9-da tapıb gətiriblər. Ana tapılarkən Masazırda başqa bir kişi ilə bərabər olub.

Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, Firuzənin anası Zəminə Allahverdiyeva Zaur Baxşəliyevin "Bizimləsən" proqramında yanğın baş verən gecə Masazırda yaşayan 28 yaşlı Nail adlı idman müəlliminin evində olduğunu deyib:

"Uşağa dərman almağa pulum yox idi. İdman müəllimi var, tanışdır. Ondan borc pul istədim. Oğlumun oxuduğu məktəbdə işləyir. İşlədiyim marketdə tanış olmuşuq. Gecə işdən çıxıb onun evinə getdim. Onunlaa 1 stakan çay içdim. 1 saata yaxın evində oldum. Mənə 15 manat verdi".

Qeyd edək ki, Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramına üz tutan Firuzənin atası, ata nənəsi və əmisi onun qəsdən öldürüldüyünü, izi itirmək məqsədilə cəsədinin yandırıldığını iddia ediblər. Onlar Firuzənin seksual təcavüzəı qaldığını və izi itirmək məqsədilə öldürüldüyü iddia edirlər.

Xatırladaq ki, hadisə 29 sentyabrda Binəqədi rayonunda gecə saat 2 radələrində baş verib. Yanğın baş verən zaman Firuzə yatmış vəziyyətdə olub. Onun hərəkətsiz bədəninin çox hissəsi külə dönüb. Yaşadığı mənzildə tək olan Firuzənin yanmasından əvvəlcə qonşular xəbər tutub və FHN-ə məlumat veriblər. Qonşular və yanğınsöndürən briqada evə gələrkən uşaq artıq külə dönübmüş.

Firuzənin valideynləri boşanma ərəfəsində olublar. 9 aydır ayrı yaşayırlar.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 877 16.10.19 17:50