Mojo.az Banner
23:01 Yaşlandıqca daha da gözəlləşən 4 BÜRC  |     22:55 Vurulan gəmidə olan azərbaycanlıdan hələ də xəbər yoxdur: Yaxınları DANIŞDILAR - VİDEO  |     22:52 Xameneinin dəfn yeri açıqlandı  |     22:44 İranda bütün uçuş məhdudiyyətləri ləğv edildi  |     22:39 Ceyhun Bayramov və Hakan Fidan İstanbulda bir araya gəldilər: Masada hansı məsələlər var?  |     22:32 Bu restorana şortla giriş qadağan edildi  |     22:25 Pulsuz təhsil alan məzunlar işləməyə regionlara göndərilə bilər - AÇIQLAMA  |     22:20 Sakinlərin NƏZƏRİNƏ: Paytaxtın bəzi ərazilərdə qaz olmayacaq  |     22:12 74 gündür evlərə nə girə bilirlər, nə də çıxa - "Kömək etmək istəyəni də qoymurlar" - Video  |     22:07 Süni intellekt peyvənd yaratdı, insanlar üzərində sınaqdan keçirdi: Nə baş verdi?  |     21:59 Səyahət zamanı dərmanları necə düzgün qablaşdırmaq olar?  |     21:54 Canlı yayımda yaxınının ölüm xəbərini eşitdi  |     21:45 Toyları səhv salıb yarım saat pulsuz oxudu - Video  |     21:40 IMO baş katibi Azovda azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verib  |     21:31 "Yaxşı edib üstünə sürürəm, ağıllı ol" - İşıqforda başlayan dava qəza ilə bitdi - Video  |     21:26 İsmayıllıda xəstəxanada ölüm hadisəsi baş verdi  |     21:19 İyunun 6-da Azərbaycanda neçə cütlük evlənib?  |     21:12 İsmayıllıda minik avtomobili yandı  |     21:05 Azərbaycan Portuqaliyada səfirliyini açmağa hazırlaşır  |     21:00 Həbsdə olan biznesmenin müsadirə olunan əmlakları (SİYAHI)  |    
Left Banner
Right Banner

Hansı məhsullar bahalaşıb? - RƏSMİ

16.10.2019 15:37 2 404
Hansı məhsullar bahalaşıb? - RƏSMİ
2019-cu ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 2,4 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin sentyabr ayında avqust ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.

Ay ərzində düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, qatılaşdırılmış şəkərli südün, brınza və tərkibində qursaq mayası olan bərk və yumşaq pendirin, kəsmiyin, yumurtanın, süfrə marqarininin, portağalın, bananın, qozun, fındığın, şabalıdın, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, yerkökünün, sarımsağın, kartofun, şəkərin, qəhvənin, kakao tozunun, dondurmanın, kola içkisinin, limonadın, pivənin qiymətləri bahalaşıb.

Ötən ay suda bişmiş kolbasanın, yoqurtun, xamanın, kərə, zeytun və qarğıdalı yağlarının, limonun, naringinin, almanın, armudun, narın, üzümün, kivinin, kələmin, balqabağın, çuğundurun, soğanın, quru noxudun, mərcinin, şəkər tozunun, arağın və energetik içkilərin qiymətlərində ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bu ilin sentyabr ayında avqust ayına nisbətən qeyri-ərzaq mallarından mebel və ev əşyalarının, velosipedlərin, televizorların, kondisionerlərin, boyaların, kərpicin, parketin, kəsilmiş taxtanın qiymətləri bahalaşıb.

Ay ərzində divar kağızlarının, sementin, soyuducuların, toz şəklində sintetik yuyuсu vasitələrin, mobil telefonların, planşet tipli kompüterlərin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
/oxu.az/
скачать dle 11.3
Mojo.az Banner