Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Spiker: Azərbaycanın qaz ehtiyatları gələcək yüz ildə bizə və tərəfdaşlarımıza kifayət edəcək

16.10.2019 13:16 5 376
Spiker: Azərbaycanın qaz ehtiyatları gələcək yüz ildə bizə və tərəfdaşlarımıza kifayət edəcək
Bu günədək Azərbaycan və İtaliya arasında 44 sənəd imzalanıb. Onların arasında 2014-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə xüsusi əhəmiyyət daşıyır.

Bunu Milli Məclisin sədri Oqtay Əsədov İtaliya Respublikası Senatının Xarici əlaqələr daimi komissiyasının sədri Vito Petroçelli ilə keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, 2018-ci ildə Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsinin həcmi 6.22 milyard ABŞ dolları həcmində olub.

“Cari ilin yanvar-avqust aylarında bu göstərici 4,12 milyard ABŞ dolları təşkil edib”, - deyə O.Əsədov əlavə edib.

Spiker bildirib ki, Azərbaycan Avropanın enerji xəritəsini dəyişmək iqtidarındadır:

“Ölkəmizin təşəbbüskarı olduğu neft və qaz kəmərləri, reallaşmaq üzrə olan TANAP və TAP layihələri bu fikri bir daha təsdiqləyir.

Azərbaycanın təsdiq olunmuş 2,5 trilyon kubmetr qaz ehtiyatları var ki, bu da gələcək yüz il ərzində bizə və tərəfdaşlarımıza kifayət edəcək səviyyədədir.

Artıq fəaliyyətdə olan Bakı-Tbilisi-Qars dəmiryolu xətti Avropa ilə Asiyanı ən qısa yolla birləşdirən mühüm nəqliyyat qovşağıdır".

Milli Məclisin sədri əlavə edib ki, Azərbaycan gələcəkdə iqtisadiyyatın ən müxtəlif sahələrində əlaqələri dərinləşdirmək niyyətindədir.

Son xəbərlər