Nazir müavini: "Məktəblərdə neqativ hallar hələ də davam etməkdədir" » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |    

Nazir müavini: "Məktəblərdə neqativ hallar hələ də davam etməkdədir"

Məktəblərdə neqativ hallar hələ də davam etməkdədir. Bir insan başqalarının yanında qaydaları pozursa, qarşısındakına "qaydalara əməl et" tələbini qoya bilməz.

Median.Az
Trend-ə istinadən bildirir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda deyib.

Nazir müavini qeyd edib ki, neqativ halların olması təhsilə utanc gətirən vəziyyət yaradır:

"Bəlkə də bu gün məktəblərdə keyfiyyət göstəricilərinin aşağı olmasının əsas səbəblərindən biri bu neqativ hallardır. Bu barədə nə qədər danışmaq olar? İnsanlara daha necə mesaj vermək lazımdır? Təhsil naziri Ceyhun Bayramov müəllimlərin sentyabr konfransında da açıqladı ki, neçə direktorun işi hüquq-mühafizə orqanlarına göndərilib. Hələ də işi məhkəmələrdə olan bir neçə məktəb direktoru var. Bu neqativlər təkcə təhsili yox, dövləti də vurur. Çünki başqa sahələrdə işləyən və neqativ hallara yol verən şəxsləri də məktəb yetişdirir. Bu gün cəmiyyətdə korrupsiya hallarını görürüksə, burada təhsilin də günahı var. Dünyada texnologiya sürətlə inkişaf edir və bu yeniliklər özünü birbaşa təhsildə biruzə verir. Amma biz bütün bunları qoyub hələ də neqativ hallarla mübarizə aparırıq".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            842 15.10.19 21:44