Yasamal rayonunda ağacın budağının aşması nəticəsində xəsarət alan üç nəfərdən ikisinin kimliyi məlum olub.
Hadisə metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında baş verib. Ağacın iri budağı qırılaraq dayanacaqda olan 3 nəfərin üzərinə düşüb. Bu zaman 1952-ci il təvəllüdlü Məmmədova Sərfinaz Əhməd qızı, 1980-ci il təvəllüdlü Leyla Abbasova və daha bir nəfər xəsarət alıb.
Hər üç yaralı dərhal xəstəxanaya yerləşdirilib. Onlardan S.Məmmədovaya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. Digər yaralıların vəziyyəti isə orta-ağır qiymətləndirilir.
Hadisə yerində olan əməkdaşlarımızın verdiyi məlumata görə, yaxınlıqda olan digər ağacın budağı da qırılaraq dayanacağın yaxınlığına düşüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Hadisənin dəqiq hansı səbəbdən baş verməsi araşdırılır.
***
Bakının Yasamal rayonunda ağacın budaqları qırılaraq dayanacaqda gözləyən 3 nəfər qadının üstünə tökülüb.
Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, hadisə yerinə çağırılan Təcili Tibbi Yardım briqadası yaralıları Kliniki Tibbi Mərkəzə çatdırıb.
Yaralılardan birinə kəllə-beyin travması, digər ikisinə onurğanın küt travması diaqnozu qoyulub. Bütün xəstələrə tibbi yardım göstərilib.
Onların bir neçə saata ambulator müalicə üçün evə buraxılacağı gözlənilir.