Yevlaxın Aran qəsəbəsində “VAZ-2107” markalı avtomobil “Jeep” markalı avtomobilə çırpılıb.
Median.Az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, qəza nəticəsində “VAZ”ın sərnişini Samux rayon sakini, 1962-ci il təvəllüdlü Təranə Ələkbərova xəsarət alıb. O, xəstəxanaya aparılıb.
İlkin məlumatlara görə, qəzaya anidən avtomobil yoluna çıxan inək səbəb olub.