Bakıda 14 yaşlı uşaq zorlanıb.
Median.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən mağazalardan birində baş verib.
Mağazanın satıcısı, 1972-ci il təvəllüdlü M.Ə ora özünə şirniyyat almağa gələn 2005-ci il təvəllüdlü M.İ-ni qeyri-təbbi yolla zorlayıb.
Hadisəni törətməkdə təqsirləndirilən M.Ə saxlanılıb.
Onun başqa uşaqlarla qarşı da oxşar cinayətlər törətdiyi ehtimal olunur.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.