Mətanət Abbası pərt etdi: “Süddən yanıqsan” - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Mətanət Abbası pərt etdi: “Süddən yanıqsan” - VİDEO

ATV-də yayımlanan “Üçümüz” əyləncəli-yumoristik proqramında qonaq olan Əməkdar artist Abbas Bağırov verlişdə pərt vəziyyətə düşüb.

Median.Az
 oxu.az-a istinadən xəbər verir ki, proqramın formatına uyğun olaraq, qonaqlar həmkarlarına efirdə zəng vurub, onlarla aparıcıların öncədən hazırladığı sözlərlə məsxərəyə tutub, zarafat edirlər.

Bu dəfə isə verlişdə tam əks vəziyyət baş verib.

Belə ki, Abbas sənət yoldaşı Mətənat Əsədovaya zəng vurub. Xanım müğənnini toya oxumağa çağıran Bağırov onunla aparıcıların təqdim etdiyi sözlərlə zarafat edib.

Mətanət isə “Bu nə danışıqdır? Sənə nə olub, ay Abbas?” deməklə qarşı tərəfi güldürüb.

Əməkdar artist isə “O gün toydan çıxanda nə görsəm, yaxşıdır? Avtomobilimin önündə süd maşını dayanıb”, - deyə dialoqu davam etdirib.

Mətanətin Abbasa “Onlar bilir axı, süddən yanıqsan”, - söyləməsi studiyada əyləşən tamaşaçıların gülüşünə səbəb olub.

Əməkdar artist həmin an pərt vəziyyətə düşsə də, çıxış yolunu gülməkdə görüb.

Sosial şəbəkələrə yayılan həmin kadrlar isə izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

Onlar müğənnilərin efirdə danışıq etikasına əməl etmədiklərini bildirərək, hər iki sənətçini tənqid atəşinə tutublar.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 679 14.10.19 22:28