“Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”.
Median.Az-ın APA-ya istinadən məlumatına görə, bunu bu gün “Qlobal medianın inkişaf trendləri: Risklər və imkanlar” Bakı Beynəlxalq Media Konfransında Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.
M. Çavuşoğlu deyib ki, Prezident İlham Əliyevin dediyi kimi, bir millətin iki diasporu olmaz: “Biz xaricdə də qüvvələrimizi birləşdirdik. Bizim olmadığımız yerdə hər zaman Azərbaycan Türkiyəni, Türkiyə xalqını müdafiə edir. Biz də Azərbaycan olmadığı yerdə Azərbaycanı müdafi edirik, bu, bizim borcumuzdur”.