Məşhurlar qadınlar üçün AYAĞA QALXDI: Xanımını öldürən kişini camaatın gözü qarşısında... » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Məşhurlar qadınlar üçün AYAĞA QALXDI: Xanımını öldürən kişini camaatın gözü qarşısında...

Ötən həftə ölkə mətbuatı həyat yoldaşı, qayını, qardaşı və digər yaxınları tərəfindən vəhşicəsinə öldürülən qadın ölümləri ilə yadda qaldı. Sosial şəbəkələrdə qadın zorakılığı mövzusu geniş müzakirə obyekti oldu.

Median.Az
xəbər verir ki, Publika.az məsələ ilə bağlı tanınmış ziyalıların fikirlərini öyrənib.

Xalq artisti Faiq Ağayev hesab edir ki, dünyagörüşlü, həyatını müstəqil yaşayan insan heç zaman qadına nəinki qarşı vəhşilik edər, heç əlini də qaldırmaz:


"Üstəlik siyasi partiya liderlərdən birinin çıxıb "Qadın ərinə tabe olmalıdır" deməsi, çox pis nümunədir. Ona qulaq asıb kimsə yenə gedib uşağının gözünün qabağında həyat yoldaşını öldürəcək, kimsə yenə həyat yoldaşını onunla intim əlaqəyə girmədiyi üçün bıçaqlayacaq, bir başqası da qadını atın ayağına bağlayıb yerdə sürüyəcək... Bu hadisələrin hamısı savadsızlıq və cəhalətin, əslində kişi gücsüzlüyünün nümunəsidir. Kəskin şəkildə qınayıram! Çox istərdim ki, ictimai qaydada məhkəmə prosesi aparılsın və bu vəhşiliyi edən şəxs camaatın gözü qarşısında cəzalandırılsın. Əgər onların savadı, ağlı və dünyagörüşü çatmırsa, qoy qorxu qalanlarına nümunə olsun.

Azərbaycan mentallığında qadın heç vaxt ikinci sayılmayıb, bu fikri 21-ci əsrin astanasında düşüncəsi dar insanlar xalqa sırımağa başlayıb. Dünyadan xali olan, savaddan kasad olmayan insan o hərəkəti etməz. Mən 1971-ci il təvəllüdlüyəm. Mənim zamanımda heç kim qadına ikinci sort insan kimi baxmayıb".

Sənətçi xəyanət üstündə baş verən cinayət hadisələrini belə şərh edib:

"Qadın və kişi xəyanəti ikili standartlardır, nə qədər müasir olsaq da, ikili standartın təsiri üzərimizdədir. Heç bir tərəfin xəyanət etməyə haqqı yoxdur. Kişinin də! Çünki Allah qarşısında bir insanı aldadır, ona bütün varlığı ilə bağlı olan birinə yalan danışır... Əxlaq tək qadına aid olan dəyər deyil, hər kəsə xas olan xüsusiyyətdir, bunun kişisi, qadını yoxdur. Fərqi yoxdur, kişi və ya qadın, xəyanət edirsə, yarısı qarşısında günahkardır".

Azərbaycanın Əməkdar idman ustası olan Zülfiyyə Hüseynova məsələyə daha sərt münasibət sərgiləyib:


"Bu ömrü biz verməmişik ki, onu alaq. Ömrü verən Allahdır, heç kimin haqqı yoxdur ki, kimisə öldürsün. Allah-Təala Həvvanı Adəmin qabırğasından yaradıb, qabırğanı çox sıxmaq olmaz sına bilər, çox boş buraxmaq da olmaz, əyilə bilər. Odur ki, vəziyyəti balansda saxlamağı bilməlisən. Əgər həyat yoldaşını, bacını və ya qızını başlı-başlına buraxmısansa, sonradan onu namus-qeyrət üstündə öldürməyə haqqın yoxdur. Əvvəlcədən qorumalı idin ki, pis yola düşməsin. Ən azından ona görə ki, ömrü verən Allahdır, onun yaratdığı heç nəyə müdaxilə etmək olmaz. Allah hər kəsi islah etsin, Allahın yoluna qayıtsınlar ki, bir də belə hadisələr olmasın. Allahsızlıq insanlara çox günahlar etdirir".

Qadın xəyanətinə çox kəskin reaksiya bildirən idmançı sözlərinə belə davam edib:

"İslamda zina zinadır, fərq etmir ki, sən kişisən, ya qadın. Haram qadın üçün də, kişi üçün də haramdır. Amma etiraf edək ki, xəyanət qadına yaraşmır. Ən azından qadın ağ vərəqdir, ağa ləkə dəydisə, onu heç bir zaman yumaq olmur. Gərək o vərəqi elə qoruyaq ki, ona sona qədər ləkə dəyməsin. Qadın öz şərəf və ləyaqətini qorumalıdır. Nə atası, nə anası, nə əri, nə də ki, qardaşı üçün... İlk növbədə öz adına görə".

Filosof Müşfiq Şükürov qadınlara qarşı zorakılığın artma səbəblərini belə izah edib:


"Təəssüf doğuran hadisələrdir, ard-arda gəlməsi də bir ayrı dərd. İnsanlar ailə həyatlarından narazıdırlar, cəmiyyətdə aqressiya artıb və içəri basdırılan bu aqressiya ailə qatında özünə ifadə tapmağa başlayıb. Ailə zorakılığı faktlarının artmasını mən bununla izah edirəm. Bu həmişə belə olur, adamlar hirsini, əsəbini yaxın ətraflarına tökür, çöl həyatındakı uğursuzluqlarının heyfini evdəkilərdən çıxırlar. Yoxsa ki, azərbaycanlılar ailəsevərdilər, uşaqlarına düşkündürlər ümumən".

Görkəmli şair, yazıçı, kinodramaturq İlqar Fəhmi mövzuya başqa prizmadan yanaşıb:

"Hesab etmirəm ki, bizim cəmiyyətdə qadınlara ikinci dərəcəli baxılır. Azərbaycanda qadınların rolu yüksək səviyyədədir, bir çox sahələrdə aktiv fəaliyyətdədirlər. Ümumiyyətlə, hər bir cəmiyyətin aşağı və ya cahil təbəqəsində bu cür məişət cinayət hadisələri baş verəndə əsas diqqət qadınlara yönəlir. Amma baxsaq, görərik ki, qadınların qadınlara, kişilərin kişilərə, hətta qadınların kişilərə qarşı zorakılıq hadisələri az deyil. Sadəcə belə bir tendensiya yaranıb ki, on cinayət hadisəsi varsa, ikisi konkret qadınlarla bağlıdırsa, bu, şişirdilir, qalanları kölgədə qalır.


Halbuki, bizim radikal dini məsələlərə meyil edən gənclərimiz, yaxud da narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə bağlı cinayət hadisələri kimi ciddi problemlərimiz var. Müəyyən istiqamətdə qadın zorakılığı ilə bağlı olan cinayətlər qalmaqal yaratmağa qadirdir deyə, müəyyən mənada məhz onlar şişirdilir. Təəssüflər olsun ki, cəmiyyət üçün ondan daha təhlükəli və faciəvi olan məsələlər qalır kənarda. Azərbaycanın 50-60 il əvvəlki cinayət xronikalarına baxsaq, cəmiyyətin aşağı təbəqələrində yüzlərlə belə cinayətlər tapmaq olar. Hesab edirəm ki, bunlar böyük faciələr deyil. O mənada ki, tək-tək hadisələrə istənilən dövrdə və istənilən ölkənin cinayət xronikalarında rast gəlinir. İstər Avropa, istərsə də Amerikanın ən inkişaf etmiş ölkəsi olsun. Bu baxımdan, konkret olaraq hansısa hadisələrin ictimailəşdirilməsi narazılıq yaradır".

O, Sərdar Cəlaloğlunun "Qadın ərinə tabe olmalıdır" sözlərinə isə belə münasibət bildirib:

"Tabeçilik deyəndə, baxır nə nəzərdə tutulur. Kişi qadının hər addım və kəlməsini idarə edə bilməz. Eyni zamanda, ailə deyilən qurumun müəyyən öhdəlikləri olduğunu unutmaq olmaz. Bu öhdəliklər isə sadəcə qadına şamil olunmur.

Müəyyən bir idarədə çalışırsansa, tam olaraq bütün iradəni rəisinə tabe etmirsən, amma orda işləyirsənsə, müəyyən qayda-qanunlara tabe olursan. Tabe olmayan işçini ya cəzalandırır, ya işdən çıxardır, ya da məhkəməyə verirlər. Müəyyən bir sosial quruma daxil olursansa, qəbul etməlisən ki, azadlığın bir hissəsindən məhrumsan. Azad olmaq istəyirsənsə, nə ailə qur, nə bir adama yaxın dur, get, öz həyatını yaşa. İstənilən sosial qurumun öz qaydaları var. Ailə özü də sosial qurumdur, onun birgəyaşayış qaydaları var. Orda nə tam iradə azadlığı var, nə də tam məhkumiyyət. Orta yol var ki, müəyyən məqamlarda sərbəstsən, müəyyən məqamlarda artıq digər tərəfi də nəzərə almalısan".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 130 14.10.19 21:07