Hər bir ölkədə olduğu kimi, bizdə də təbii fəlakətin yaşanması normal haldır.
Median.Az xəbər verir ki, bu sözləri Kult.az-a açıqlamasında ekstrasens Fərid Zamanlı Rusiyada yaşayan məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayevin 2021-2022-ci ildə Azərbaycanda təbii fəlakətlərin, xüsusən də sel daşqınları və zəlzələlərin olması fikrinə münasibət bildirərkən deyib.
O, Zirəddin Rzayevin fikrini təsdiqləsə də, gözlənilən fəlakətlərin hər il qeydə alındığını bildirib:
"Təbii fəlakətlərdən qorxmağa ehtiyac yoxdur, qismətimizdə nə varsa, onu yaşayacağıq. Düzdür, 2021-2022-ci ildə gözlənilməz, xoşagəlməz hadisələrin olma ehtimalı çoxdur. 2021-2022-ci ildə Bakıda və ya bölgələrimizdə fəlakət olması gözlənilir. Lakin bunun dəhşətli olacağını demək doğru olmaz.
Bundan başqa, 2020-ci ilin yanvar ayında da Bakıda xoşagəlməz hadisə olacaq. Hər kəsi şoka salacağını düşünürəm".
Qeyd edək ki, tanınmış ekstrasens Zirəddin Rzayev mətbuata açıqlamasında bunları demişdi:
"2021-2022-ci illər Azərbaycan üçün təhlükəlidir. Təbii fəlakətlər, xüsusən də zəlzələlər və su daşqınları olacaq. Mən əminəm buna! Əmin olmadığım şeyi heç vaxt demirəm. 2021-2022-ci illərdəki zəlzələlərdə fəlakət olacaq".