Şamaxıda ana üç aylıq uşağını zəhərləyib.
Hadisə rayonun Sabir qəsəbəsində qeydə alınıb.
2019-cu il təvəllüdlü Rəhimov Cəlan Cəlil oğluna anası gecə saatlarında qida əvəzinə butulkada olan kerosin (neft) verib.
Ana səhvini anlayıb və körpə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır olduğundan Bakıya, 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə gətirilib.
Toksikologiya Şöbəsinin müdiri Azər Maqsudov Oxu.Az-a açıqlamasında bildirib ki, uşağın vəziyyəti həddindən artıq ağırdır:
“Biz problemi aradan qaldırmaq üçün bütün imkanlardan istifadə edirik”.
/oxu.az/