Qırğızıstan üçün yeni imkanlar – Məmmədyarovla görüşdə məlumat verildi » Median.Az - Bütün xəbərlər bir ünvanda


Qırğızıstan üçün yeni imkanlar – Məmmədyarovla görüşdə məlumat verildi
Xarici İşlər naziri Elmar Məmmədyarov qırğızıstanlı həmkarı Çingiz Aydarbekovla görüşüb.

Görüş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının 7-ci iclası çərçivəsində keçirilib.

Tərəflər Azərbaycan və Qırğızıstan arasında mövcud olan əməkdaşlıq münasibətlərini müzakirə edib.

Onlar ikitərəfli əlaqələrin bütün istiqamətlər üzrə daha da möhkəmləndirilməsinin əhəmiyyətini ifadə ediblər.

Bu xüsusda, müvafiq hökumətlərarası komissiyanın fəaliyyəti yüksək dəyərləndirilib.

Qırğızıstanın dəmir yolları layihələri inkişaf etdirməklə, regional nəqliyyat dəhlizlərində daha fəal şəkildə iştirak etməsi perspektivləri üzərində dayanılıb.

Nazirlər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) çərçivəsində əməkdaşlıq məsələlərinə toxunublar.

Onlar iştirakçı ölkələr arasında iqtisadi-ticarət və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsinin önəmini qeyd ediblər.

Eyni zamanda, digər beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edildiyi vurğulanıb.

Həmçinin, regional məsələlər və qarşılıqlı maraq doğuran digər mövzular üzrə fikir mübadiləsi aparılıb.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          727 14.10.19 15:23