“Sonsuz ailələrə bir dəfə şans veriləcək” - Millət vəkili » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Kreml: Sülhməramlılar Qarabağı tərk ediblər, çünki regionda onların daha funksiyası qalmadı  |     22:49 Xalq artistinin qızının toyundan GÖRÜNTÜLƏR - FOTO  |     22:22 Azərbaycanda ictimai nəqliyyatla bağlı XOŞ XƏBƏR  |     21:37 Berlin və Hamburqda banklarda partlayışlar baş verdi  |     21:23 Gürcüstan-Türkiyə sərhədində külli miqdarda qızıl-zinət məmulatlarının qanunsuz idxalının qarşısı alınıb  |     21:15 Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir  |     21:07 Gəncədə qanunsuz tikililərin qarşısı alınıb  |     20:50 Tayvan sahillərində ard-arda 10 yeraltı təkan baş verib  |     20:44 Azad edilmiş ərazilərdə 51 mina zərərsizləşdirilib  |     20:35 Malayziya Senatının sədri Azərbaycana səfər edəcək  |     20:29 Bu il qar ehtiyatı çoxillik normadan az olub  |     20:20 Bakıdakı 157 məktəbdə I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq  |     20:13 Sabah yağış yağacaq, külək əsəcək  |     20:06 Ərdoğan mayın 9-da ABŞ-yə rəsmi səfər edəcək  |     19:58 Xavi 84 ildən sonra "Barselona"da antirekordu təkrarlayıb  |     19:49 Hindistanda ağır yol qəzasında 9 nəfər ölüb  |     19:40 Sloveniya Bakı ilə İrəvan arasında razılaşmanı alqışlayıb  |     19:35 Depressiya və narahatlıq üçün yeni müalicə üsulu tapılıb  |     19:25 Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO  |     19:02 Latviya Ukraynaya qısamənzilli hava hücumundan müdafiə sistemləri göndərəcək  |    

“Sonsuz ailələrə bir dəfə şans veriləcək” - Millət vəkili

Bu gün boşanma səbəbləri arasında ilk yeri xarakter uyğunsuzluğu tutsa da, sonsuzluq da boşanmaya səbəb olacaq amillər sırasındadır. Xüsusilə maddi cəhətdən problem yaşayan ailələrdə bu məsələ daha aktualdır. Müalicə prosedurunun, süni mayalanma prosesinin qiymətinin heç də aşağı olmadığını nəzərə alsaq, tərəflərin çıxış yolunu ayrılmaqda görməkləri o qədər də təəccüblü hal deyil.

Maraqlıdır, maddi cəhətdən problem yaşayan sonsuz ailələrə dövlət tərəfindən övlad sahibi olmaq üçün müailcə dəstəyi göstərilə bilərmi? Bu haqda qanunun qəbul olunması nəzərdə tutulub?

Median.Az xəbər verir ki, məsələ ilə bağlı modern.az-a danışan Milli Məcilsin səhiyyə komitəsinin üzvü deputat Kamilə Əliyeva deyir ki, sonsuz ailələrə dəstək məqsədilə qanun hazırlanır:

“Milli Məclisin səhiyyə komitəsində “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi hazırlanır. Bu qanun qüvvəyə minəcəyi təqdirdə sonsuzluq problemi öz həllini tapacaq. Qanunda nəzərdə tutulub ki, sonsuz ailələrə bir dəfə şans verilsin ki, pulsuz süni mayalanma etdirə bilsinlər. Payız sessiyası qısa olduğundan bu məsələni yaz sessiyasında müzakirə edəcəyik”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            990 12.10.19 22:09