Mütəxəssislər həyəcan təbili çaldı – Qulaq çöpləri təhlükə saçır » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Mütəxəssislər həyəcan təbili çaldı – Qulaq çöpləri təhlükə saçır

Sağlamlıq üçün şəxsi gigiyenaya riayət etmək önəmlidir. Bu məqsədlə müxtəlif vasitələrdən istifadə olunur. Bəzən isə normadan artıq təmizlik xəstəlik dərəcəsinə qədər gətirib çıxardır. Bu həm psixoloji həm də müxtəlif xəstəlik ola bilər. Məsələn, qulaq-burun təmizliyində istifadə olunan qulaq çöpləri xəstəlik yarada bilir. Mütəxəssislərin fikrincə qulaq təmizliyi prosesində edilən səhvlər ciddi fəsadlar doğura bilər. Buna görə də, belə hallarda diqqətli olmaq lazımdır.

Median.Az
xarici KİV-ə istinadən xəbər verir ki, qulaq-burun və boğaz mütəxəssisi Murat Bınar qulaq çöplərinin təhlükəli olduğunu açıqlayıb.

Onun sözlərinə görə, qulaq çöpündən istifadə qulaq kanalında çirkin toplanması və zamanla böyüməsinə yol açır: “Məişətdə qulaq çirki hesab olunan maye əslində hər kəsdə olan təbii sekresiyadır. Yəni, qulaq içində ömrünü tamamlamış dəri artıqları, yağ və tər vəzilərinin ifrazatıdır. Qulaq çöpündən istifadə qulaq kanalında çirkin toplanması və zamanla böyüməsinə yol açır. Həmçinin diqqətsizlik zamanı qulaq yolu və qulaq pərdəsinə zərər verə bilər. Buna görə də qulaq təmizliyində qulaq çöpləri və qulağa daxil olacaq hər hansı vasitə tövsiyyə edilmir”.

M.Pınar eyni zamanda duşdan sonra qulaq çöpü yerinə təmiz dəsmal və ya salfetdən istifadə etməyi tövsiyyə edib.
Bundan başqa, qulağa su girməsi, qulaq ifrazatının şişməsi hallarında isə həmin şəxslər dərhal həkimə müraciət etməlidirlər. Əks təqdirdə qulaq çirki tıxanıqlığı, eşitmə azlığı, qulaqda su qalma hissi, ağrı və uğultu yarada bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 458 12.10.19 22:00