Ağstafada mikroavtobus aşıb, xəsarət alanlar var - YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda


Ağstafada mikroavtobus aşıb, xəsarət alanlar var - YENİLƏNİB
Ağstafa rayonunda sərnişin daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alanların şəxsiyyətləri məlum olub.

Median.Az
-ın report-a istinadən məlumatına görə, mikroavtobusun aşması nəticəsində Quliyeva Pərvanə (1986-cı il təvəllüdlü), Nəsibov Vüsal (1987-ci il), Babayeva Gülluf (1956-cı il), Oruclu Zöhrə (1999-cu il), Cəlilova Zülfüyə (2003-cü il), Orucova Tamilə (1986-cı il), Kərimli Rəşid (2012-ci il), Muğalova Gülnarə (1984-cü il) və Göycəliyev Pərvin (1992-i il) xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan 2-nin xəsarəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

***

Ağstafa rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az
-ın report-a istinadən məlumatına görə, hadisə rayonun Poylu kənd yolunda qeydə alınıb.

Belə ki, sərnişin daşıyan mikroavtobus qəzaya uğrayıb. İlkin məlumata görə, hadisə zamanı 10-a yaxın şəxs xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          541 12.10.19 21:27