Tokioda "Hagibis" qasırğası nəticəsində ən azı iki nəfər ölüb » Median.Az - Bütün xəbərlər bir ünvanda


Tokioda "Hagibis" qasırğası nəticəsində ən azı iki nəfər ölüb
Tokioda “Hagibis” qasırğası nəticəsində ən azı 2 nəfər ölüb, 3 nəfər itkin düşüb, 50-dən çox insan müxtəlif dərəcəli xəsarət alıb.

Median.Az
-ın RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, 18 prefekturada hazırda 51 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Tiba prefekturasında aşmış yük maşınında kişi meyiti aşkarlanıb. Qumma prefekturasında isə sürüşmə nəticəsində 3 nəfər itkin düşüb, onlardan birinin meyiti tapılıb. Sidzuoka prefekturasında da 1 nəfər itkin düşüb.

Qeyd edək ki, Yaponiya hökuməti “Hagibis” qasırğası ilə əlaqədar maksimal – beşinci təhlükə dərəcəsi elan edib. Yaponiyanın Meteorologiya İdarəsi qasırğanın Tokioda sürətinin 65 m/s-yə çatacağı barədə xəbərdarlıq etmişdi. Qasırğa ilə əlaqədar 15 milyon insanın təxliyə olunacağı gözlənilir.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          506 12.10.19 19:07