Uqandanın əxlaq və vicdan məsələləri üzrə naziri Saymon Lokodo homoseksuallar üçün edam cəzasının verilməsini nəzərdə tutan qanun layihəsini yenidən parlamentin gündəliyinə salmağı planlaşdırır.
Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, nazirin fikrincə, homoseksuallığı təbliğ edənlər də cinayətkar sayılmalı və edama məhkum olunmalıdırlar.
Hələ 2014-cü ilin fevralında Uqanda prezidenti Yoveri Museveni cinsi azlıqlara qarşı tədbirləri sərtləşdirən qanun layihəsini imzalamışdı. Ancaq Konstitusiya məhkəməsi həmin qanunu rədd etmişdi.
Lokodo əmindir ki, qanun bu dəfə parlamentin 2/3 səs çoxluğu ilə qəbul ediləcək.
Qeyd edək ki, Uqanda qanunvericiliyinə əsasən, ölkədə homoseksualları ömürlük həbs cəzası gözləyir.