Dünya çempionu dəhşətli qəzadan sağ çıxdı - ANBAAN VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Dünya çempionu dəhşətli qəzadan sağ çıxdı - ANBAAN VİDEO

Boksun IBF və WBC versiyası üzrə ağır çəkidə dünya çempionu Eroll Spens dəhşətli qəzaya düşüb.

Median.Az
xarici mətbuata istinadən xəbər verir ki, hadisə ABŞ-ın Texas ştatının Dallas şəhərində baş verib.

“Ferrari” markalı avtomobili ilə yüksək sürətlə hərəkətdə olan Spens qəfildən idarəetməni itirib və nəqliyyat vasitəsi bir neçə dəfə fırlanıb.

Təhlükəsizlik kəməri taxmayan boksçu avtomobildən kənara düşüb və ağır yaralanıb. Hazırda xəstəxanada olan dünya çempionunun həyati təhlükəsi davam edir.

Qeyd edək ki, ötən ay Los Ancelesdə Şon Porter ilə döyüşdə çempionlu kəmərini qoruyan Spens yanvar ayında Dani Qarsiya ilə çıxacağı döyüşü buraxmalı olacaq.

Qəzanın videosu sosial şəbəkədə yayılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 047 11.10.19 21:13