Zirəddindən Azərbaycanla bağlı PROQNOZ - 4 il sonra... » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:43 Taksi qiymətləri yenidən bahalaşıb? - Eyni yola 1 manat daha artıq  |     22:36 "Crocus"un bütün əcnəbi işçilərinin terrorda əli olub-olmadığı yoxlanılır - "Baza"  |     22:27 91 yaşlı ana oğlunun şəhid olduğu ərazidə (VİDEO)  |     22:00 Bakıda külək elektrik stansiyası tikiləcək  |     21:53 Sabah Bakının üç rayonunda qaz olmayacaq  |     21:46 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir  |     21:28 Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərilib  |     21:17 Almaniya Prezidenti Türkiyəyə səfər edəcək  |     21:11 Almaniya millisinin sabiq futbolçusu vəfat edib  |     20:58 Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - PROQNOZ  |     20:50 Azərbaycanda hesabatlılıqdan yayınan provayderlər cərimələnib  |     20:45 Jozep Borrell: İranın İsrailə cavab zərbəsi endirəcəyini bilirdik  |     20:39 Tayvan yeni yerüstü zenit-raket kompleksini sınaqdan çıxarıb  |     20:26 HƏMAS İsrailə güzəştə getməkdən imtina edib  |     20:19 ABŞ İranla bağlı sənədi BMT TŞ-yə göndərib  |     20:18 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib  |     20:12 Bakıda qadın sürücü yol qəzasında ağır xəsarətlər alıb  |     20:01 Çexiya Ukrayna üçün 180 min mərmi almağa razılaşıb  |     19:54 Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib  |     19:36 Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək  |    

Zirəddindən Azərbaycanla bağlı PROQNOZ - 4 il sonra...

Rusiyada yaşayan məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayev Bakıya gəlib.

Median.Az
milli.az-a istinadən xəbər verir ki, Zirəddin ölkəmizin siyasi, mədəni və idman aləmini əhatə edən sualları cavablandırıb:

Bakı səfərinizin məqsədi nədir?

- Bakıya bu səfərimin səbəbi dostumdur. Moskvada yaşayan iş adamıdır. Anası rəhmətə getmişdi, həmin vaxt mən onun hüzr yerinə gələ bilmədim. Sabah onun 40 mərasimidir, Şamaxıya gedirəm. Həm də bu bir səbəb idi. Çoxdandır dostlarımı görmürdüm. Çoxdandır Azərbaycan mətbuatında, efirlərdə görünmürdüm. Ona görə, həm ziyarət, həm ticarət.

Azərbaycan futbolçulardan ibarət millisindən beynəlxalq səviyyədə bir uğur gözlənilirmi?

- Son 3-4 il ərzində uğurlar görmürəm, təəssüf ki! 4 ildən sonra ola bilsin ki, Avropa Çempionatının finalına çıxa bilərik.

8 il öncə Azərbaycan Avroviziya musiqi yarışında birincilik əldə etdi. Bu uğurun yaxın illərdə təkrarlanacağı gözlənilirmi?

- Bu il Azərbaycan 10-luğa düşdü. Azərbaycan millətinin sayına görə, ərazisinə görə digər ölkələrdən kiçik bir ölkədir. Amma bizim ürəyimiz, ruhumuz, sənətimiz, folklorumuz digər millətlərdən çox böyükdür. Ona görə, mən bunu da uğur sayıram. Mən dəfələrlə Avroviziya haqqında proqnoz vermişəm, proqnoz səhv çıxıb. Bilirsiniz niyə səhv çıxıb? - Bu siyasətdir! Əgər bir ölkə son 5 ildə ən azından iki dəfə Avroviziyada birinci yerə çıxırsa, bu, dövlətə böyük maddi zərərdir. Ona görə bu da məntiqidir. Pul ilə alınır, pul ilə satılır. Bunu açıq deyirəm mən! Heç bir dövlət istəməz ki, 5 ildə iki dəfə böyük bir yarışın qalibi olsun və maddi zərər görsün. Həm də bu, xalqın, camaatın narazılığına səbəb ola bilər. Azərbaycandan söhbət getmir, mən başqa ölkələri də nəzərdə tuturam. Ukraynada oldu, Ukraynanın özü belə istəməz ki, 2-3 il ardıcıl birinci yerə çıxsın. Balaca olub, böyük ruha sahib dövlətimiz var, vətənimiz var. Azərbaycan bir dəfə birinci yerə çıxıbsa, bu, artıq bizim qələbəmiz deməkdir. Avroviziyada bir dəfə bayrağımızı ucaltdıq, mənə elə gəlir, bu bizə kifayətdir.


"Sosial şəbəkə dövrü" bitəcəkmi?


- Verdiyiniz sual həm mənim təhsilimə, həm də məşğul olduğum sahəyə aiddir. Bu il Rusiyanın ictimai palatasına qəbul edildim. Oranın işçi qüvvəsinin tərkibində internet təhlükəsizliyi üzrə mütəxəssislərdən biriyəm və orada yeganə azərbaycanlıyam. İctimai palatada biz Rusiyanın internet təhlükəsizliyi, pedofiliya, homoseksuallıq, terrorizm, narkomaniya - bu sahələr üzrə həmişə müzakirələr aparırıq. Çox maraqlıdır ki, Rusya kimi nəhəng bir dövlət internetin, sosial medianın öhdəsindən gələ bilmir, bacara bilmir.

Çünki nə qədər cinayətlər var, hamısı sosial şəbəkələrdə baş tutur. Bu, millətin psixologiyasıdır. Görürsünüz, Kütləvi İnformasiya Vasitələrinin verə bilmədiyi informasiyanı, dövlətin əleyhinə sosial "set"lərdə yayılır, paylaşılır. Bu, Amerikada, Rusiyada - hər yerdə belədir. Ona görə də, bunu yaradan gizli qurumlar... (red: Çoxları bilir mən nələri və kimləri nəzərdə tuturam), məhz elə bunun üçün yaradıblar - Xalqı idarə etmək üçün. Yox, bu axıra qədər də belə gedəcəkdir. Bunun bir sonluğu yoxdur. Biz daha qorxulu tərəfə gedirik!

Yolda bir iti də maşın vuranda, onu çəkib sosial şəbəkədə paylaşırlar - "Maşın iti vurdu getdi, kimsə kömək etmədi". Yəni həyatımızın ən kiçik bir nüansı belə sosial setlərdə öz əksini tapır. Bunun yaxşı tərəfi də var. Bəzən görürsən ki, KİV nələrisə gizlədir. Məsələn, Rusiyanın İrkutsk vilayətində Tulun şəhərində su daşqınları oldu.

Rəsmi məlumat tamam başqa idi, amma xalqın özünün çəkib qoyduğu məlumat KİV-lərin verdiyi informasiyadan fərqli idi. Daha acınacaqlı, daha faciəli idi. Bunu nədən belə edirlər, deyə bilmərəm. Ola bilsin xalqı qorxutmaq, "panika" yaranmasını istəmirlər. Ola da bilsin başqa bir səbəbi var, mən bilmirəm. Bu, dünyanın hər yerində belədir. Amma sosial şəbəkələrin pis tərəfi yaxşısından daha çoxdur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            811 11.10.19 20:42