Ölkədə balıq ehtiyatları azalıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |     13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |     13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |     13:04 Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur  |     13:03 Mingəçevirdə sakinlər binanın zirzəmisinə dolan çirkab sulardan şikayətçidirlər - VİDEO  |     13:02 Lukaşenko hakimiyyətdən nə vaxt gedəcəyinə aydınlıq gətirdi  |     12:45 Fransada məşhur içməli su şirkətinin məhsullarında nəcis bakteriyası aşkar edilib  |    

Ölkədə balıq ehtiyatları azalıb

Ölkədə balıq ehtiyatları 10-15 ildən artıqdır ki azalıb.

Median.Az
Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən mətbuat konfransında nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, son illər balıq ehtiyatlarının artırılması ilə bağlı daha effektiv tədbirlər görülür:

"Məsələn, əvvəllər balıqartırma müəssisələrində balıqlar yetişdirilərkən suya 1 qram çəkidə buraxılırdı. Bu balıqların isə yaşaması 1 faiz idi. Amma indi belə deyil. Bu il nazirliyin balıqyetişdirmə müəssisələrində yetişdirilən 5-10 qram çəkidə balıq körpələri Kür çayına buraxıldı. Onların yaşaması 70-80 faizdir. Həmin müəssisələrdə bu il yetişdirilib buraxılan balıqların əksəriyyəti isə 100 qram idi. Bu çəkidə olan balıqların isə yaşaması 90-100 faizdir. Bununla da biz kəmiyyət yox, keyfiyyət prinsiplərinə üstünlük veririk".

H.Əlizadə balıq ehtiyatlarının azalmasının digər səbəblərini də açıqlayıb: "Göllərin çirklənməsi və digər problemlər balıq ehtiyatlarını azaldır.

Səbəblərdən biri də insan amilidir. Məsələn, ovçular müəyyən dövrlərdə heyvanlara güllə atmır. Yəni heyvanların balalama vaxtlarında ov etmir. Amma balıqçılar belə deyil. Brakonyerlər bütün fəsillərdə balıq tutur. Bununla bağlı maarifləndirmə aparmaq lazımdır"скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            894 11.10.19 20:36