Daha bir qadını keçmiş əri qətlə yetirdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Daha bir qadını keçmiş əri qətlə yetirdi

Beyləqan rayonunda daha bir qadın keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Median.Az
xəbər verir ki, Axar.az-a daxil olan məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib. Belə ki, Beyləqan Rayon Gigiyena və Epidemialogiya Mərkəzində işləyən Könül Bəhmənli adlı xanım rəsmi şəkildə boşandığı həyat yoldaşı tərəfindən elə iş yerində öldürülüb.

Bir neçə bıçaq zərbəsi alan qadın yaxınlıqdakı Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib. Yaralı xəstəxanaya çatdırılan zaman vəziyyəti ağır olsa da, sağ olub.

Məlumata görə, qadının onun qətlə yetirən həyat yoldaşı ilə nikahından 10 yaşında bir övladı var.

Beyləqan rayon Mərkəzi Xəstəxananın baş həkimi Əli Məmmədov Axar.az-a faktı təsdiqləyib. Bildirib ki, hadisə bu gün səhər 11-12 radələrində baş verib və gənc qadın hadisə yerində dünyasını dəyişib:

"Könül Bəhmən qızı Bəhmənli bir müddət əvvəl həyat yoldaşından boşanıb. Hətta boşanma prosesləri də problemli olub. Oğlan ailəyə, qadına narahatlıq verib həmişə. Məhkəmə prosesi zamanı qayınatasını bıçaqlayıb, məhkəmə salonuna girərkən. Bir müddət imiş ki, qızı da izləyirmiş öldürmək üçün. Xanım işdə olub, həyətə çıxan zaman bundan istifadə edərək hücum edib bıçaqlayıb. Öldürülən qadın 1994-cü il təvəllüdlüdür. Xəstəxanaya çatdırılan zaman artıq keçinmişdi".

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 609 11.10.19 17:23