Vilayət Eyvazov yol polisinin iş rejimini dəyişdi, 10 nəfəri işdən çıxardı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Vilayət Eyvazov yol polisinin iş rejimini dəyişdi, 10 nəfəri işdən çıxardı

Daxili İşlər naziri Vilayət Eyvazov yol polisi sistemində ciddi dəyişikliklər edib.

Median.Az
bakupost.az-a istinadən xəbər verir ki, yol polislərinin iş rejimi tamamilə dəyişdirilib, Bakı Şəhər Yol Polisi İdarəsində daha çox "rüşvət otaqları” kimi tanınan kabinetlər ləğv edilib, orada çalışan əməkdaşlar yollarda xidmətə yönəldilib.

Nazirin əmri ilə bu gündən başlayaraq yol polisləri iki gündən bir işləyəcəklər, iş saatı 18:00-da bitəcək. Gecələr isə növbəlilik əsasında çalışacaqlar.

İndiyə kimi sutkada az qala 14 saat işləyən polislər üçün bu, gözlənilməz qərar olub.

Vilayət Eyvazov Bakı Şəhər Yol Polisi İdarəsində təmizləmə işləri də aparıb. Bildirilir ki, onun tapşırığı ilə yoxlamalar aparılıb və 10 nəfər yol polisi əməkdaşı işdən uzaqlaşdırılıb, 20-yə yaxın əməkdaş barədə isə araşdırmalara başlanılıb.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 671 11.10.19 17:05