Azyaşlılara siqaret satanlar 500-1000 manat cərimələnsin - TƏKLİF » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |     18:50 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     18:19 Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO  |     17:53 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |    

Azyaşlılara siqaret satanlar 500-1000 manat cərimələnsin - TƏKLİF

Rusiya Daxili İşlər Nazirliyi azyaşlı uşaqların tütün məmulatlarından istifadəsinin qarşısını almaq məqsədilə növbəti dəfə yeni addım atmaq qərarına gəlib. Belə ki, yeni təklifə görə siqaret çəkməyə başlayan uşaqların valideynləri iki min rubla qədər cərimələnə bilər.

Oxu.az-a danışan Milli Məclisin deputatı Araz Əlizadə hesab edir ki, ölkəmizdə qəbul olunan “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanundakı cərimələr artırılmalıdır:

“Bizim qəbul etdiyimiz qanun çox normaldır. Amma yeganə etirazım sulu qəlyanın tamamilə ləğv olunmasıdır.

Ümumiyyətlə, qanunun həyata keçirilməsi üçün ciddi şəkildə nəzarət olmalıdır. Qanun yaxşı olsa belə, ona riayət edilməməsi zamanı onun heç bir mənası yoxdur.

Fikrimcə, biz qanun qəbul edildiyi zaman çox yüksək cərimələr nəzərdə tutulmalı idi. Çünki məktəblərin yanında siqaretlər satılır, siqaretlərin reklamı gedir, restoranlarda siqaret çəkirlər.

Ona görə də iki min rubl bizim üçün heçnədir. Elə cərimələr olmalıdır ki, qiymətlər satıcılara, restoran sahiblərinə xeyir gətirməsin. Məsələn, məktəbin yanında satılan siqaretə görə satıcılara təxminən 500-1000 manat cərimə edilməlidir. O zaman o satıcının qəpiklərdən qazanması belə ağlına gəlməyəcək”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            988 11.10.19 14:31