Lənkəranda itkin düşən 48 yaşlı qadın tapıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda


Lənkəranda itkin düşən 48 yaşlı qadın tapıldı
Lənkəran şəhərində itkin düşən qadın tapılıb.

Median.Az
Trend-ə istinadən bildirir ki, hadisə rayonun İstisu qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1971-ci il təvəllüdlü Yaqubova Rübabə Möhübbət qızı bir neçə gün əvvəl yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində R.Yaqubova tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          482 10.10.19 23:57