Bərdədə tapılan qədim küpün içindən çıxanlar görənlərin təəccübünə səbəb oldu » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bərdədə tapılan qədim küpün içindən çıxanlar görənlərin təəccübünə səbəb oldu
Bərdə rayonunun Şirvanlı kəndində qədim dövrə dair küp tapılıb.

Median.Az
-ın oxu.az-a istinadən verdiyi məlumata görə, Şirvanlı kənd sakini Cavanşir Məmmədxanov yaşadığı evin həyətində su quyusu qazan zaman küp tapıb.

O, tapıntısı barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat verib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçiriblər. Nəticədə küpün içindən insan skeleti çıxıb.

Küpün və skeletin hansı dövrə aid olduğunu keçirilən tibbi ekspertiza müəyyənləşdirəcək.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          427 10.10.19 22:53