Bakıda qətl: Ər qantellə arvadının başından vuraraq öldürdü » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bakıda qətl: Ər qantellə arvadının başından vuraraq öldürdü
Bakının Nizami rayonunda oktyabrın 9-na keçən gecə qantel Əkbərova Cəvahir Telman qızının qətl alətinə çevrilib.

Median.Az
xəbər verir ki, bu barədə Oxu.Az-a rayon hüquq-mühafizə orqanlarından məlumat verilib.

36 yaşlı qadın saat 04:00-da öldürülüb. Cinayətdə onun həyat yoldaşı, 1965-ci il təvəllüdlü Əkbərov İlham Niftəli oğlu ittiham olunur. C.Əkbərova başından aldığı qantel zərbəsi nəticəsində ölüb. Bu əməldən sonra kişi Şəki rayonuna gedərək, daxili işlər orqanına təslim olub.

Xatırladaq ki, daha əvvəl KİV-də ərin arvadına 18 bıçaq zərbəsi vurduğu haqqında məlumatlar dərc olunsa da, onun həqiqətə uyğun olmadığı ortaya çıxıb.

Faktla bağlı istintaq davam edir.

Qeyd edək ki, ayın əvvəlindən Bakıda iki cinayət hadisəsi baş verib. Hər iki halda zərərçəkənlər gənc qadınlardır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          506 10.10.19 21:14