Bakı polisi: AXCP üzvlərinin piketə görə tutulması barədə məlumatlar yalandır » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Bakı polisi: AXCP üzvlərinin piketə görə tutulması barədə məlumatlar yalandır

Bakı Şəhər Baş Polis İdarəsi Azərbaycan Xalq Cəbhəsinin (AXCP) üzvləri Elxan Əliyev və Zamin Salayevin piket iştirakçısı kimi saxlanılaraq 15 sutka həbs edilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

İdarədən Oxu.Az-a verilən məlumata görə, həmin iddialar həqiqəti əks etdirmir.

Bildirilib ki, onlar piketdən əvvəl törətdikləri əməllərinə görə saxlanılıb.

“Oktyabrın 8-də saat 01:50 radələrində Nərimanov rayonunda taksi kimi fəaliyyət göstərən “Ravon” markalı avtomaşın yol hərəkəti qaydalarını pozduğuna görə yol polisi tərəfindən saxlanılıb.

Yoxlama zamanı həmin avtomaşında sərnişin qismində olan - əvəllər Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsilə (xuliqanlıq) məhkum olunan Zamin Salayev və əvəllər 178.2.4-cü maddəsilə (dələduzluq) məhkum olunan Elxan Əliyev polisin fəaliyyətinə müdaxilə ediblər.

Onlar polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq, mübahisəli vəziyyət yaratdıqlarına görə Nərimanov RPİ 16-cı Polis Bölməsinə gətirilib”, - deyə Bakı Şəhər Baş Polis İdarəsinin məlumatında bildirilib.

Əvvəllər məhkum olunan hər iki şəxs barəsində toplanmış materiallar əsasında İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib.

Protokola baxılması üçün məsələ Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə Elxan Əliyev və Zamin Salayevə 15 sutka inzibati həbs verilib.

“Onların siyasi mənsubiyyətinə, yaxud razılaşdırılan piketdə iştiraklarına görə polis tərəfindən saxlanılması ilə bağlı irəli sürülən iddialar əsassızdır”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 845 10.10.19 18:50