Ağsu şəhər 4 saylı tam orta məktəbdə müəllim dərs zamanı dünyasını dəyişib.
Texnologiya dərsi zamanı müəllim Abdulhüseynova Rəhilə Azad qızı huşunu itirib.
Hadisə yerinə dərhal təcili yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Onun ürəktutmasından öldüyü müəyyən edilib.
61 yaşlı müəllim bu gün dəfn olunub.
/Baku.ws/