Millimizin türk məşqçisi istefaya göndərildi, rusiyalı gətirildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:01 Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO  |     11:57 Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO  |     11:56 Bakıda yaşlı kişi oğlu tərəfindən vəhşicəsinə döyüldü  |     11:55 Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı: “Bir əli ilə ağzımı tutdu və yerə yıxdı” - Qətlin TƏFƏRRÜATI  |     11:53 Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO  |     11:52 Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO  |     11:51 Azərbaycanlı TIR sürücüsü üç aydır Gürcüstan sərhədini keçə bilmir - VİDEO  |     11:45 Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA  |     11:41 Elektromobillərlə bağlı YENİ QƏRAR: Azərbaycan gələcəyə yatırım edir  |     11:39 Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA (VİDEO)  |     11:37 Məşhur qapıçı iki sarı vərəqə alsa da, meydandan qovulmadı  |     11:23 Bakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO  |     22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |    

Millimizin türk məşqçisi istefaya göndərildi, rusiyalı gətirildi

Bu gün Azərbaycan Güləş Federasiyasında (AGF) yunan-Roma güləşi üzrə yığmalarımızın məşqçilərinin iştirakıyla iclas keçirilib.

AGF-nin prezident əvəzi Namiq Əliyev, federasiyanın baş katibi Orxan Məmmədov, vitse-prezidenti Elçin Cəfərov və İdman şöbəsinin müdiri Yaqub Məmmədovun da iştirak etdiyi tədbirdə sentyabrda Qazaxıstanda keçirilmiş dünya çempionatının yekunları müzakirə olunub.

Yunan-Roma güləşində nəticələrin qənaətbəxş olmadığını dilə gətirən Namiq Əliyev bu səbəbdən məşqçilər korpusunda dəyişiklik edilməsinə qərar verildiyini bildirib.

Beləliklə, böyüklərdən ibarət komandanın baş məşqçi vəzifəsində Şaban Donatı rusiyalı mütəxəssis Aleksandr Tarakanov əvəzləyib. Onunla yanaşı, Afina Olimpiadasının və 2007-ci ildə Bakıda keçirilmiş dünya çempionatının qalibi, eləcə də altıqat Avropa çempionu Aleksey Mişin yığmamızın məşqçilər korpusunda yer alacaq. Rövşən Bayramov əvvəlki kimi böyük məşqçi vəzifəsində çalışacaq. Eyni zamanda Akif Əliyev millidə köməkçi-məşqçilərdən biri olacaq. Emin Əhmədov və Turac Hüseynli isə bundan sonra gənclərdən ibarət yığmada məşqçilik fəaliyyətini davam etdirəcək.

Namiq Əliyev çıxış edərək Tokio Olimpiadasına 10 ay vaxt qaldığını və bu müddət ərzində komandanı hazırlayıb, mart-aprel aylarında keçiriləcək lisenziya turnirlərində Olimpiya Oyunlarına vəsiqə qazanmağın əsas məqsəd olduğunu dilə gətirib. AGF-nin rəhbəri bu istiqamətdə federasiya tərəfindən yığmamıza hər bir şəraitin yaradılacağını da bildirib.

Yeni baş məşqçi isə öz növbəsində Azərbaycan yığmasını yaxşı tanıdığını və komandamızın böyük potensiala malik olduğunu vurğulamaqla yanaşı, lazımınca işləyərək qarşıya qoyulan hədəflərə çatacaqlarına inandığını deyib.

Qeyd edək ki, 30 illik məşqçilik təcrübəsinə sahib Aleksandr Tarakanov Aleksey Mişinlə yanaşı, Avropa çempionu Renat Bikkinin şəxsi məşqçisi olub. Mütəxəssis buna qədər Mordoviya yığmasının baş məşqçisi funksiyasını yerinə yetirib.
/oxu.az/скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 242 10.10.19 15:12