Abşeronda vətəndaşı döyüb, pulunu alan 3 nəfər saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda


Abşeronda vətəndaşı döyüb, pulunu alan 3 nəfər saxlanılıb
Median.Az xəbər verir ki, Abşeron RPİ-nə müraciət edən Bakı şəhər sakini T.Baxşıyev oktyabrın 5-i gecə saat 3 radələrində 4 nəfərin, onu döyərək 550 manat pulunu aldıqlarını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini, əvvəllər məhkum olunmuş E.Babayev, Yevlax rayon sakini T.İmranov, Gədəbəy rayon sakini M.Ələsgərov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Abşeron RPİ İstintaq şöbəsində CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          452 10.10.19 14:39