Azərbaycanda daha bir qadına qarşı vəhşilik: Ata bağlayıb sürüdülər - YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda


Azərbaycanda daha bir qadına qarşı vəhşilik: Ata bağlayıb sürüdülər - YENİLƏNİB
Səhiyyə Nazirliyi Goranboyda ata bağlanaraq sürüdülmüş qadın barədə məlumat yayıb.

Nazirlikdən oxu.az-a verilən məlumata görə, Goranboy rayonu Xanqərvənd kənd sakini 35 yaşlı qadın sağ bilək nahiyəsinin və sağ baldırın ön səthinin yumşaq toxumalarının sıyrılmış yaraları diaqnozu ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına gətirilib:

“Qadına lazımi tibbi yardım göstərilib, həyatı üçün təhlükə yoxdur. Fatkla əlaqədar hüquq-mühafizə orqanları məlumatlandırılıb”.

* * * * *

Goranboy rayonunda qonşular arasında dava olub.


Hadisə Xanqərvənd kəndində qeydə alınıb.

Kənd sakini, 1984-cü il təvəllüdlü Ələkbərova Sahilə Məzahir qızının qonşularla arasında yaranan mübahisə davaya çevrilib. Belə ki, qəzəbli qonşular onu döydükdən sonra ata bağlayıb sürüyüb.

Ağır bədən xəsarətləri alan qadın ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb.

Goranboy Rayonu Mərkəzi Xəstəxanasından verilən məlumata görə, S.Ələkbərovanın vəziyyəti ağırdır.

Fakt araşdırılır.
/oxu.az/

скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          967 10.10.19 13:40