Giorgi Qaxariyanın Azərbaycana rəsmi səfəri başa çatıb - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda


Giorgi Qaxariyanın Azərbaycana rəsmi səfəri başa çatıb - FOTO
Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri Giorgi Qaxariya arasında təkbətək görüş olub.

Median.Az
-ın Baku.ws-ə istinadən məlumatına görə,sonra Azərbaycanın Baş Naziri Əli Əsədovun adından Gürcüstanın Baş Naziri Giorgi Qaxariyanın şərəfinə şam yeməyi verilib.

Sonra Gürcüstanın baş naziri Giorgi Qaxariyanın Azərbaycan Respublikasına rəsmi səfəri başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir Giorgi Qaxariyanı Azərbaycanın baş nazirinin müavini Əli Həsənov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.

скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          433 09.10.19 21:50