Qazax rayonunda bədbəxt hadisə baş verib.
Median.Az-ın Baku.ws-ə istinadən verdiyi məlumata əsasən, hadisə rayonun Xanləqlar kəndində baş verib. Belə ki, 52 yaşlı Şadət Qasımov çardaqda iş gördüyü zaman elektrik cəryanı vurub. O, yerindəcə keçinib.
Hadisə yerinə Qazax rayon Prokurorluğunun əməkraşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.