Rusiyalı qubernator azərbaycanlı bloqerin cəzalandırılmasını istəyir - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Rusiyalı qubernator azərbaycanlı bloqerin cəzalandırılmasını istəyir - VİDEO

Samara vilayətinin qubernatoru Dmitri Azarov azərbaycan əsilli bloqer Hüseyn Həsənovun ən qısa vaxtda və sərt cəzalandırılmasını istəyib.

Hüseyn Həsənovun gecə yarısı dostları ilə birgə keçirdiyi avtomobil yarışı qubernatorun qəzəbinə tuş gəlib.

Qubernator qeyd edib ki, gecə yarışı iştirakçılarının nümayişkaranə şəkildə qanunları pozması yeniyetmələri bu cür hərəkətlərə təhrik edir.

Qeyd edək ki, “gecə avtoxuliqanları” Samaradakı yarışı videoya çəkərək sosial şəbəkələrdə yayıb.

Xatırladaq ki, məşhur bloqer Hüseyn Həsənov oktyabrın 6-da 12 avtomobildən ibarət karvanla Samara şəhərində gecə yarış keçirib.

H.Həsənov Rusiyada anadan olub, amma etnik azərbaycanlıdır. Bloqerlik fəaliyyəti ilə məşğul olan Hüseyn hazırda sahib olduqlarına görə elə özünə borcludur. Hüseyn Rusiyada ən populyar bloqerlərdən biridir.

Onun 11 milyondan çox “Instagram” izləyicisi var. Sosial şəbəkədə böyük auditoriyaya sahib olan Həsənov durmadan müxtəlif oyunlar keçirməklə sosial media hesablarını inkişaf etdirir. Hüseyn restoran işi ilə məşğul olur və şəxsi geyim markası var. Bakıya tez-tez baş çəkən H.Həsənov burada da gənclərin diqqət mərkəzində olan məşhurlardan biridir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 216 09.10.19 17:39